Dünya futbolu
Super Liqa klubu sabiq hücumçusu ilə gücləndi
Türkiyənin “Göztəpə” klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Antalyaspor”da forma geyinən sabiq hücumçusu Adis Yahoviçi heyətinə qatıb.
Bu barədə İzmir klubunun rəsmi saytı məlumat yayıb. Şimali Makedoniyadan olan 33 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Yahoviç 2016/17 mövsümündə də “Göztəpə”yə transfer olunmuş və 1.5 il ərzində bu komandanın uğurları üçün çalışmışdı. Bu komandada 51 oyuna 35 qol vurmağa nail olan futbolçu sonrakı mövsümlərdə “Konyaspor”, “Yeni Malatyaspor” və “Antalyaspor”da da forma geyinib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar