Dünya futbolu
Super Liqa klubunda baş məşqçi istefası
Türkiyənin “Ankaragücü” klubunun baş məşçqisi Ömər Ərdoğan istefa verib.
Futbolinfo.az xəbər verir ki, o, Super Liqanın 23-cü turu çərçivəsində baş tutan “Fatih Karagümrük”lə matçdan sonra postundan ayrıldığını açıqlayıb.
Buna komandanın sözügedən matçda 0:2 hesablı məğlubiyyəti səbəb olub. Bu, son beş matçda üçüncü məğlubiyyət olub.
Ankara təmsilçisi Super Liqada 21 turdan sonra 22 xalla 13-cü pillədə qərarlaşıb.
Ərdoğan 2022-ci iliin yayından bu komandaya rəhbərlik edirdi. O, daha öncə “Fatih Karagümrük” və “Hatayspor”da da baş məşqçi olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?