Dünya futbolu
Super Liqa klubundan daha bir transfer
Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransa doğumlu toqolu yarımmüdafiəçi Matye Dossevini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Təcrübəli vinger yeni komandasında “14” nömrəli formanı geyinəcək.
Dossevi peşəkar karyerasına “Le Man” klubunda başlayıb. O, “Valensyenn”, “Olimpiakos”, “Standard” (Lyej) və “Mets”də də forma geyinib. 2018-ci ildən isə Matye Fransa “Tuluza”sının uğurları üçün çalışırdı. Karyerası ərzində 370 matça çıxan Dossevi, 43 qola imza atıb. O, Toqo yığmasında da 27 matça çıxıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”