Dünya futbolu
Super Liqa klubundan daha iki transfer
Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi qambiyalı hücumçu Ali Sou və braziliyalı sol cinah müdafiəçisi Marlon Xavyeri transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ali Sou Rusiyanın “Rostov” klubundan icarəyə götürülüb. 28 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi Türkiyə klubunda icarədə oynayacaq.
Kayrerasına İtaliyanın “Kyevo” klubunda başlayan Sou, sonralar “Yuve Stabia”, “Peskara”, “Latina”, “Modena”, “Leççe”, “Prato”, “Viboneze”, “Skenderbeu” və ÇSKA (Sofiya) kimi komandalarda da forma geyinib. Qambiyalı futbolçu 2021-ci ildən “Rostov”da forma geyinirdi. Forvard Qambiya yığmasında da 5 oyuna çıxıb.
Braziliyanın “Fluminense” klubundan transfer olunan Marlon Xavyerlə də 2 illik müqavilə imzalanıb. 2017-ci ildən sözügedən klubun uğurları üçün çalışan futbolçu, 2019/20 mövsümündə “Boavişta”, 2020/21 mövsümündə isə “Trabzonspor”da icarədə oynayıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib