Ölkə futbolu
“Sürpriz” deməyək, əziyyətin qarşılığıdır”
“Bu matça da digər oyunlar kimi hazırlaşdıq. Düşünürəm ki, məşqçimizin tapşırıqlarını yerinə yetirərək qalib gəldik” – bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Ayxan Hüseynov deyib.
Gənc yarımmüdafiəçi Misli Premyer Liqasının 23-cü turunda “Sabah” 2:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb: “Fikrimcə, komanda qələbəyə layiq idi. Özüm də bir qol ötürməsi etdim, bir qol vurdum. Qalibiyyətdə böyük pay sahibi olduğum üçün xoşbəxtəm. Azarkeşlərimizə dəstək olduqları üçün minnətdaram. Bu, bizim üçün böyük amildir. Özümüzü ev oyunundakı kimi hiss etdirdilər”.
Hüseynov qarşılaşmanın birinci hissəsində yerinə yetirə bilmədiyini penaltidən söz açıb: “Penalti nöqtəsi dağınıq idi. Top daha hündürdə dayanmışdı və mən də sürətli vurduğum üçün elə oldu. Amma komanda yoldaşlarımın və məşqçimin, azarkeşlərin dəstəyi ilə tez zamanda oyunda adaptasiya oldum. Qolumla penaltini unutdurdum”.
Futbolçu komandanın son 3 turda qalib gəlməsi barədə isə bunları deyib: “Çəkilən əziyyətin nəticəsi olur. “Qarabağ”la heç-heçəni son dəqiqələrdə əldən verdik. “Sabah”la oyuna “sürpriz” deməyək, əziyyətin qarşılığıdır. Bu, son dəqiqələrdə itirdiyimiz xalların bizə geri dönməsidir”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı