Premyer-liqa
Tərlan Əhmədov: “Bu gün şans bizim tərəfimizdə deyildi”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 16-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Fasilədən sonra öz meydanımızda ilk oyunumuz idi. Həyəcan hiss olunurdu. Rəqib bizi əks-hücumlarda yaxalayırdı. Öz oyunumuzu qura bilmirik. Bu gün şans bizim tərəfimizdə deyildi. Bir səhv məğlubiyyətə gətirib çıxardı. Vaxt lazımdı. Komandaya irad da bildirə bilmirəm. Qalib gəlmək istəyirdik, amma şansımız gətirmədi.
- Bu nəticə “Neftçi”ylə oyuna təsir edə bilər?
- Bir məğlubiyyət nəyəsə təsir edə bilməz. Futbolda məğlubiyyət də var, qələbə də.
- “Keşlə”nin “Səbail”lə oyunları alınmır sanki…
- Elə komandalar olur ki, xoş rəqib olmur. Bu, dünya futbolunda da var. Bizim üçün də bu mövsüm arzuolunmayan rəqib “Səbail”di.
- Qeydə alınmayan qol epizodunu izlədiz?
- Baxıb nəyə nail olacağıq ki? İndi fikir bildirə bilmirəm. Yalnız epizodu izlədikdən sonra fikir bildirə bilərəm. Onda da nəyisə dəyişmək mümkün olmayacaq.
- Transfer məsələləri ilə bağlı çox həssas mütəxəssis kimi tanıyırıq sizi. Murad Ağayevin transferi nə ilə bağlıdı?
- Murad əvəzedici heyətə çağırılıb. Əsas komandada məşq edir, amma əvəzedici komanda üçün nəzərdə tutulub. (komanda.az)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi