Digər idman növləri
Təsnifat mərhələsində sürpriz nəticələr
Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsinə Macarıstan ev sahibliyi edir. Dünən Budapeştdə təsnifat mərhələsi keçirilib.
Fərqli qaydalarla keçirildiyinə görə ilk sessiyalarda maraqlı nəticələr qeydə alınıb. Ən gözələnilməzi isə “Mersedes” pilotu Corc Rasselin yarışı ilk sırada başa vurması olub.
İkinci sessiyada da gözlənilməz nəticə olub. Bu dəfə “Ferrari” komandası bir pilotunu itirib. Karlos Saynsa növbəti sessiyaya keçmək üçün 0,002 saniyə çatmayıb. Autsayder komandalardan olan “Alfa Romeo”nun isə hər iki sürücüsü final sessiyasına yüksəlib.
Son sessiya da maraqlı alınıb. İlk cəhdlərdən sonra Maks Ferstappen liderliyi ələ alıb. Lakin sonuncu cəhddə Maks nəticəsini yaxşılaşdıra bilməyib. Lüis Həmilton isə bir qədər də sürətli olaraq son dünya çempionunu 0.003 saniyə qabaqlaya bilib. 3-cü nəticəni Lando Norris göstərib. Ən maraqlı nəticə kimi “Alfa Romeo”dan Quanyu Jounun 5-ci yeri tutması olub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”