Digər idman növləri
Taekvondoçularımız Belqradda 5 medal qazandılar
Serbiyanın paytaxtı Belqradda uşaq taekvondoçular arasında açıq Avropa birinciliyi keçirilib.
Futbolinfo.az xəbər verir ki, yarışda Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
A kateqoriyasında 27 kq çəkidə Mehman Qənbərli qitənin ən güclüsü olub. “Kristal Abşeron” Taekvondo Klubunun üzvü finalda Omari Lapaçini (Gürcüstan) məğlub edərək, qızıl medala yiyələnib. Bu klubun digər yetirməsi Ülvi Məmmədov yalnız finalda məğlub olaraq, ikinci yeri tutub. “Kristal Abşeron” isə komanda hesabında ikinci pillədə qərarlaşıb.
Yarışda bürünc medalları “Xəzər” Taekvondo Klubundan Harun Hüseynov (36 kq), “Xəmsə” Taekvondo Klubundan Zaur Hüseynov (36 kq) və “Modern” Klubundan Nadir Paşayev (21 kq, B kateqoriyası) qazanıblar.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı