Bizi izləyin

Müsahibə

Tahir Gözəl: “Məqsəd ÇL-də 2-3 mərhələ keçmək yox, oyunçu yetişdirmək olacaq”

blank
blank

“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan mərasimdə jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • Komandanız çempion oldu. Ölkə kubokunu qazanmaq şansınız da var. Həm çempionluq, həm də bu mövsümdəki yarış barədə təəssüratlarınızı bilmək maraqlı olardı…
  • Başda klubumuz olmaqla, hər kəsi çempionluq münasibətilə təbrik edirəm. Mənim üçün ən sevindirici hadisə odur ki, bu, “Qarabağ”ın torpaqlar azad olunduqdan sonra ilk çempionluğudur: “Müstəqil Ağdamın təmsilçisi kimi ilk kubokumuzu qazandıq. 2021-ci ildən bu fikirləri səsləndirirdik ki, xəyalımız Qarabağa getmək, qələbəmizi öz vətənimizdə qeyd etməkdir. Artıq buna nail olduq. Təbii ki, bu, Cənab Prezidentin, xalqımızın sayəsində gerçəkləşən möcüzədir. Hələ də inanmaqda çətinlik çəkirəm. Şükürlər olsun ki, bunu bacardıq. Ona görə də mənim üçün heç vaxt unudulmayacaq qalibiyyətdir. “Qarabağ” tarixində bir çox ilklərə imza atmış komandadır. İnanıram ki, bu sabitlik və təcrübə ilə yenə də Çempionlar Liqasında qrupa düşərik.
  • Yeni transferlərlə bağlı məlumat verə bilərsiniz?
  • Xeyir. Çünki ölkə xaricindən yeni gəlmişəm. Bu tədbirdən sonra Qurban Qurbanovla görüşüb transfer məsələlərini müzakirə edəcəyik. Bizdə tamamilə peşəkar idarəetmə sistemi var. Baş məşqçi ilə ümumi durumu dəyərləndirəcəyik. Amma vaxtımız çox azdır. Bu da bizə radikal dəyişikliklərə imkan vermir. Bəzi futbolçularımızla danışıqlar davam edir. Onları saxlamaq alınıb-alınmayacaq, bilinmir. Bunun həyəcanını yaşayırıq. Artıq komandanın özəyi formalaşıb. Güman edirəm ki, bu sabitliklə yenidən iddialı olacağımıza inanıram. Gəlin, sizə öz ürək sözlərimi deyim. Yəqin ki, hamınıza maraqlıdır, bundan sonra necə olacaq? Bu mənəvi gündə Qurban hoca ilə söhbətimiz oldu. Bu, reallıqdır ki, “Qarabağ” Azərbaycan millisinə ən çox futbolçu verən klubdur. Amma mən yığmanın hər birimizin ümid etdiyi və layiq olduğu uğurları qazandığına inanmıram. Bu mənada görməli olduğumuz işlər çoxdur. “Qarabağ” bundan sonra Azərbaycan millisinin uğur qazanmasında və yerli futbolçuların yetişməsində real iş görməlidir. Artıq özümüzə qayıtmalıyıq. Qarşıdakı 4-5 ildə qarşımıza mütləq hədəf qoyacağıq ki, komandamız millinin inkişafında öz məsuliyyətini hiss edərək oynasın. Ona görə də növbəti məqsədlərimiz Çempionlar Liqasında 2-3 mərhələ keçmək yox, oyunçu yetişdirmək olacaq.
  • Qarabağ torpaqlarından söz açdınız. Ağdamda yeni stadion tikiləcək. Çox maraqlıdır, bu barədə klub səviyyəsində müzakirəniz olubmu?
  • Bəli. Atam Gözəl bəyin də dediyi kimi, ermənilər işğal altındakı torpaqları talan ediblər. Həmin ərazilər illərlə diqqətdən kənarda qalıb. Sevindiricidir ki, Cənab Prezident bizimlə görüş zamanı stadionun inşası ilə bağlı nazirliklərə tapşırıq verdi. Mən də həmin görüşə dəvət olunmuşdum. “Qarabağ” klubu olaraq, əlimizdəki bütün imkanlarla bu yolda canla-başla işləyəcəyimizi bildirdim. Əminəm ki, Ağdamda tezliklə gözəl stadion tikiləcək. Bütün oyunlarımızı orada keçirib-keçirməyəcəyimizi bilmirəm. Amma əsas matçlarımızı orada oynayacağıq. Mənim ən böyük arzum budur.
  • Növbəti mövsümdə “Qarabağ” klubunun yeni akademiyasının inşası gözlənilirmi?
  • Futbol ictimaiyyətin aynası, bir xalqın iradəsidir. “Qarabağ” diplomatik missiyasını yerinə yetirdi. Əgər biz öz gənclərimizin, öz uşaqlarımızın istedadını üzə çıxara bilməsək, məncə, burada mütləq qalibiyyətdən söhbət gedə bilməz. Bu, texniki cəhətdən olan investisiyalardır. Uşaq futboluna sözsüz ki, diqqət ayıracağıq. Hər şeyi ən başdan düşünüb, radikal addımlar atmalıyıq.
  • Belə çıxır ki, gələcəkdə legionerlərdən imtina edəcəksiniz?
  • Xeyr. Legionersiz oynamağa hələlik hazır deyilik. Amma gələcəkdə bu istiqamətdə çalışmalıyıq. Londonda olanda mənə sual verdilər ki, “siz haralısınız?”. Cavabında azərbaycanlı olduğumu bildirdim. Dedilər ki, “Halal olsun, siz döyüşkən, mərd millətsiniz!” deyirlər. Bu mübarizliyin futbolumuzda da olmasını istəyirəm.
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm