Bizi izləyin

Milli komanda

Tanış rəqiblərin əhatəsində

blank
blank

UEFA 2018/19 mövsümündən Millətlər Liqasını təşkil edəndə komandalar FİFA reytinqindəki mövqeyinə görə eyni səbətdə qərarlaşırdı.  Bu da o deməkdir ki, “hamı öz tayı ilə oynayırdı”. Amma turnirə start veriləndən sonra vəziyyət formata görə qarışdı. Yəni, qrup liderləri daha yüksək diviziona vəsiqə qazanır, sonuncu yeri tutanlar isə aşağı diviziona yuvarlanırdı. Bu da balansın pozulması ilə nəticələnirdi.

Məsələ ondadır ki, hansısa adlı-sanlı komanda həmin mövsümü boşa verdikdən sonra yerini itirir və növbəti “yarış ili”ndə daha zəif komandalarla qərarlaşırdı. Amma “rütbəsinin aşağı düşməsinə” baxmayaraq, həmin komanda gücünü itirmirdi.

Ttəəssüf ki, milli komandamız Millətlər Liqası yaranandan “sabit çıxışı” ilə diqqət çəksə də, yuxarıdan gələn təhlükələrdən xilas ola bilmir. Ötən tsikldə mövqeyini itirən Slovakiya yığması ilə qarşılaşmalı olduq. İş elə gətirdi ki, Qazaxıstan slovakların enişdə olmasından yararlanmağı bacardısa, biz yerimizdə saydıq. Deyəsən, bu gedişlə yenə də eyni aqibətlə üzləşəcəyik. Hətta bizi daha dəhşətli sınaqlar gözləyir. Çünki yuxarı mərtəbəyə qalxmaq əvəzinə, bizi zirzəmiyə sala bilərlər.

Bəli, C divizionunda mübarizə aparan millimiz 1-ci qrupda İsveç, Slovakiya və Estoniya yığmaları ilə qarşılaşacaq. Çünki ötən mövsüm B divizionundan qovulan İsveç seçməsi də qonağımız olacaq.

Köhnə tanışlar bir araya yığılıb. İsveçlə Estoniya kollektivləri Avropa çempionatının seçmə mərhələsindən bizə tanışdırsa, yuxarıda qeyd etdiyimiz kimi, slovaklarla Millətlər Liqasında bundan əvvəlki mövsümdə qarşılaşmışdıq.

İşimiz ağırdır və görünən kəndə bələdçi lazm deyil. Bu qrupu birinci başa vuracağımızı düşünmək sadəlövhlük olar. Doğrudur, ötən tsikldə Qazaxıstan yığması özündə güc taparaq Slovakiya millisini qabaqlayaraq 1-ci yeri tutdu. Amma bu dəfə vəziyyət daha ağırdır. Çünki qazaxlar özündən güclü slovakların əlindən sıyrıla bildisə, biz iki güclü, yenidən toparlanmaq istəyən komandanın əhatəsində qərarlaşmışıq.

Məsələ ondadır ki, hər 3 komanda əlimizdən zəncir çeynəyir. Ötən Millətlər Liqasında Slovakiya yığmasını səfərdə məğlub etdikdən sonra turnir cədvəlində onları qabaqladıqsa, İsveçlə Estoniya seçmələri Avropa çempionatının seçmə mərhələsində “bizim silləmizə qonaq oldular”. Doğrudur, İsveç evdə bizimkiləri 5:0 hesabı ilə darmadağın etmişdi. Amma son olaraq Bakıda 0:3 hesabı ilə darmadağın olunmaları onları daha çox hiddətləndirib. Estonlar da bizim onlardan 4 xal almağımızın acığı ilə yaşayır.

Təbii ki, indidən proqnoz verməyin heç bir mənası yoxdur. Çünki ilin ikinci yarısından sonra komandaların necə mübarizə aparacağını, həmin vaxt hansı vəziyyətdə olacaqlarını söyləmək çətindir. İndiki vəziyyətə nəzər salsaq, yalnız onu deyə bilərik ki, hazırda qrupumuzda ən formada olan komanda Slovakiyadır. Hər halda biz, yayda Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan komandadan danışırıq.

Doğrudur, qitə birinciliyində mümkün uğursuzluq bu komandanı psixoloji cəhətdən çətin vəziyyətə sala bilər. Adətən, böyük turnirlərdə uğursuzluq yaşayan komandalar sonrakı seçmə mərhələlərdə özünə gəlmir. Almaniya meydanlarında Belçika, Rumıniya və Millətllər Liqasının B divizionundan gələn komanda ilə qarşılaşacaq Françesko Kaltsonanın komandasınıın necə təsir bağışlayacağı həlledici olacaq. Həm də belə bir turnirdən sonra slovakların Millətlər Liqasına necə yanaşacağı da əsasdır. Çünki bəzi komandalar Millətlər Liqasına eksperiment kimi baxır. Amma slovaklar hazırkı Avropa çempionatının seçmə mərhələsindəki motivasiyasını qorusa, məlum məsələdir ki, işimiz daşdan çıxacaq.

Qeyd edək ki, mərkəzi avropalılar son seçmə mərhələdə Portuqaliyanın ardınca final mərhələsinə vəsiqə qazanmışdı. Onlar qrupda keçirdiyi 10 oyunda 7 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalmışdı. Lider Portuqaliyadan 8 xal az toplayan Kaltsonenin komandası Lüksemburq, İslandiya, Bosniya və Herseqovina ilə Lixtenşteyn komandalarını qabaqlamışdı.

Xatırladaq ki, bizimlə Millətlər Liqasının qrup mərhələsinin gedişində slovaklar Kaltsoneni “sükan arxasına” əyləşdirmişdi. Onları Trnavada məğlub edərkən, məşqçi elə Kaltsone idi. Amma italiyalı mütəxəssis Millətlər Liqasındakı uğursuzluqdan sonra komandanı ayaq üstə qaldıra bildi.

İsveçlə Estoniyadan isə çox danışmağa dəyməz. Yuxarıda qeyd etdimiz kimi, bu rəqiblərlə ötən il qarşılaşmışıq. Hazırkı vəziyyətə görə hər iki komanda enişdədir. İsveç son iki Dünya Çempionatına vəsiqə qazana bilməyib. Amma ötən Avropa çempionatının qrup mərhələsində oynayıblar.  Millətlər Liqasının C divizionuna isə ötən tsikldəki uğursuzluqdan sonra yuvarlanıblar.

İki il əvvəl bu komanda Serbiya, Norveç və Sloveniya ilə eyni qrupda yer almışdı. “Tre Krunnur” burada keçirdiyi 6 oyunda 1 qələbə, 1 heç-heçə və 4 məğlubiyyətlə yadda qalaraq sonuncu yeri tutmuşdu.

Maraqlıdır ki, bu komanda yarışa səfərdə Sloveniyanı 2:0 məğlub etməklə başlamışdı. Amma sonradan evdə Norveçlə Serbiyaya ardıcıl məğlubiyyətlər, daha sonra səfərdə elə bu rəqiblərlə oyunda uğursuzluq komandanı dərənin dibinə atmışdı. Son turda isə Sloveniya ilə evdə heç-heçə etmişdilər.

Hazırda isveçlilər bizim kimi baş məşqçisiz qalıb. Bizdə hələ ki Arif Əsədov məşqçi funksiyasını yerinə yetirir. İsveç yığmasında isə Daniel Bakström bu funksiyanı daşıyır. Amma bizimlə oyunlara qədər yeni çalışdırıcı ilə anlaşacaqlar.

Estonlar ötən mövsüm D divizionunda Malta və San Marinonun əhatəsinə düşmüşdü. Bu komanda qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələrək “dərəcəsini artırmışdı”. Bu 4 oyunda Baltikyanı ölkənin komandası 10 qol vurub qapısında 2 top görmüşdü.

Bəli, oyunlar ərəfəsində yenidən bu komandaları ayrıca təhlil edəcəyik. Hələliksə, ümidimizi itirməyək. Mümkünsüz heç nə yoxdur. Təki özümüzü qorxutmayaq. Həm də görək, yeni baş məşqçimiz kim olacaq?! Rəqiblərimizlə müqayisədə bizdə vəziyyət daha mürəkkəbdir. Çünki taleyimiz həm də AFFA-nın prezidentinin kimliyindən asılı olacaq.

AĞA

Azərbaycan – İsveç rəqabəti

02.09.2000. Bakı. DÇ, seçmə mərhələ. Azərbaycan – İsveç 0:1

07.10.2001. Stokholm. DÇ, seçmə mərhələ. İsveç – Azərbaycan 3:0

27.03.2023. Stokholm. AÇ, seçmə mərhələ. İsveç – Azərbaycan 5:0

16.11.2023. Bakı. AÇ, seçmə mərhələ. Azərbaycan – İsveç 3:0

Azərbaycan – Slovakiya rəqabəti

29.03.1995. Koşitse. AÇ, seçmə mərhələ. Slovakiya – Azərbaycan 4:1

16.08.1995. Trabzon. AÇ, seçmə mərhələ. Azərbaycan – Slovakiya 0:1

05.09.1998. Koşitse. AÇ, seçmə mərhələ. Slovakiya – Azərbaycan 3:0

09.10.1999. Bakı. AÇ, seçmə mərhələ. Azərbaycan – Slovakiya 0:1

28.03.2001. Trnava. DÇ, seçmə mərhələ. Slovakiya – Azərbaycan 3:1

06.06.2001. Bakı. DÇ, seçmə mərhələ. Azərbaycan – Slovakiya 2:0

11.06.2019. Bakı. AÇ, seçmə mərhələ. Azərbaycan – Slovakiya 1:5

19.11.2019. Trnava. AÇ, seçmə mərhələ. Slovakiya – Azərbaycan 2:0

10.06.2022. Bakı. Millətlər Liqası. Azərbaycan – Slovakiya 0:1

22.09.2022. Trnava. Millətlər Liqası. Slovakiya – Azərbaycan 1:2

Azərbaycan – Estoniya rəqabəti

15.02.1996. Larnaka. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 0:0

01.03.1997. Larnaka. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 2:0

04.06.1997. Vilyandi. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 1:0

16.05.1998. Vilyandi. Beynəlxalq turnir. Estoniya – Azərbaycan 0:0

28.11.1998. Gəncə. Yoldaşlıq oyunu. Azərbaycan – Estoniya 2:1

06.03.1999. Larnaka. Yoldaşlıq oyunu. Azərbaycan – Estoniya 2:2

03.07.2002. Kuressaare. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 0:0

15.11.2013. Tallin. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 2:1

17.06.2023. Bakı. AÇ, seçmə mərhələ. Azərbaycan – Estoniya 1:1

13.10.2023. Tallin. AÇ, seçmə mərhələ. Estoniya – Azərbaycan 0:2

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-17 14:57

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək

blank
Ölkə futbolu2024-04-17 14:39

Yüksək Liqada 19-cu turun hakim təyinatları

blank
Dünya futbolu2024-04-17 14:24

“Milan”da yeni müqavilə

blank
Premyer-liqa2024-04-17 14:07

Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-04-17 13:52

“Neftçi” ilə oyun bizim üçün həlledicidir”

blank
Dünya futbolu2024-04-17 13:37

“Barselona”nın futbolçuları tarixə düşdülər

blank
I Liqa2024-04-17 13:20

I Liqada 22-ci turun hakimləri bəlli oldu

blank
Digər idman növləri2024-04-17 13:05

Nadal qələbə ilə qayıtdı

blank
Digər idman növləri2024-04-17 12:54

“Leykers” pley-offa yüksəldi, Körri üçün mövsüm bitdi

blank
Milli komanda2024-04-17 12:39

Millimizin rəqibi rəqib seçdi

blank
Digər idman növləri2024-04-17 12:30

Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar

blank
Milli komanda2024-04-17 12:23

Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd

blank
Digər idman növləri2024-04-17 12:12

Məmmədyarov Kanadada qalib oldu

blank
Digər idman növləri2024-04-17 11:55

Abasov Fransa təmsilçisi ilə üz-üzə

blank
Ölkə futbolu2024-04-17 11:40

“Anadolu Efes” üçün mübarizə bitdi

blank
Milli komanda2024-04-17 11:21

AFFA milli komandalara məşqçi seçdi – yenə daxili qərarla

blank
Ölkə futbolu2024-04-17 11:04

Yarımfinal mərhələsi başladı

blank
Ölkə futbolu2024-04-17 10:49

12 komandalı çempionat: necə etməli?

blank
Digər idman növləri2024-04-17 10:34

Stolüstü tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar

blank
Dünya futbolu2024-04-17 10:17

“Atletiko” Dünya Çempionatına vəsiqəni təmin etdi, “Barselona” daha 50 milyon itirdi

blank
Dünya futbolu2024-04-17 10:00

Çempionlar Liqasının oyunu təxirə salındı

blank
Dünya futbolu2024-04-17 09:41

Keyta əsas komandadan uzaqlaşdırıldı

blank
Ölkə futbolu2024-04-17 09:23

Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var

blank
Dünya futbolu2024-04-17 09:09

Xavi: “Hakim hər şeyi məhv etdi”

blank
Dünya futbolu2024-04-17 08:51

ÇL: “Bayern” “Arsenal”a, MS “Real”a qarşı

blank
Ölkə futbolu2024-04-17 08:34

“Bir ailəyik və qələbələrə daha yaxınıq”

blank
Ölkə futbolu2024-04-17 08:17

“Qarabağ”da özümü rahat hiss edirəm”

blank
Müsahibə2024-04-17 08:00

“Kəpəz”in oyunçusu “Qəbələ”nin elitada qalmasını istəyir: “Bu oyunun haqqı məğlubiyyət deyildi”

blank
Dünya futbolu2024-04-17 01:05

ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

blank
Milli komanda2024-04-16 23:01

“Bu gün daha yaxşı oynadıq” – Borisov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm