Dünya futbolu
Taremi İtaliyaya köçə bilər
Mehdi Tareminin İtaliya A Seriyasına köçməsi mümkündür. İranlı hücumçu yenidən diqqət mərkəzinə düşüb.
Futbolinfo.az xəbər verir ki, “Portu”nun üzvü “Roma” və “Milan”ın maraq dairəsindədir. Hücumçunun meneceri müştərisini bu iki komandaya təklif edib. Portuqaliya klubu 30 yaşlı oyunçu üçün 25 milyon avro tələb etsə də, transferin daha aşağı qiymətə rellaşması mümkündür.
2020-ci ildən “Portu”da oynayan Tareminin indiki klubu ilə müqaviləsi gələn yay başa çatacaq.