Dünya futbolu
“Torino”da koronavirus şoku
İtaliyanın “Torino” klubunda futbolçuların birində koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Həmin futbolçunun kimliyi açıqlanmır. Sadəcə, onun xüsusi karantin rejimində qalacağı diqqətə çatdırılıb.
Xatırladaq ki, Turinin digər təmsilçisi “Yuventus”da da Daniele Ruqani, Blez Matuidi və Paolo Dibala koronavirusa yoluxmuşdu.
İtaliya A Seriyasında klublar mayın 4-dən etibarən məşqləri tədricən bərpa etməyə başlayıblar. Lakin futbolçular hələlik sosial məsafəni qorumaq şərtilə, xüsusi qruplar halında hazırlıq keçirlər.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?