Premyer-liqa
Tovuzda mövsümün rekordu qeydə alındı
Misli Premyer Liqasının III turundan təxirə salınan “Turan Tovuz” – “Qarabağ” oyunu rekordla əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, Tovuzdakı qarşılaşmanı 5800 tamaşaçı izləyib. Bu, cari mövsümün yeni rekordudur.
Bunadək ən çox tamaşaçı I turun “Turan Tovuz” – “Qəbələ” (0:2) və III turun “Sabah” – “Neftçi” (2:1) matçlarında qeydə alınmışdı. Həmin oyunların ikisində də 5500 tamaşaçı olub.
Təxirə salınan görüşü də nəzərə almaqla III turdakı seyrçi sayı da rekord həddə çatıb. Turun ümumilikdə 5 matçını 14600 tamaşaçı izləyib. Bununla da I turun rekordu yenilənib. Mövsümün ilk turunda 10600 izləyici olub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”