Dünya futbolu
“Trabzonspor” Bakasetasın transferini bitirdi
Türkiyənin “Trabzonspor” klubu Yunanıstan yığmasının hücumçusu Anastasios Bakasetası rəsmən heyətinə qatıb.
Futbolinfo.az xəbər verir ki, Super Liqanın digər təmsilçisi “Alanyaspor”dan transfer edilən futbolçu ilə 3.5 illik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Trabzon təmsilçisi bu keçidə görə “Alanyaspor”a 3 milyon avro transfer haqqı ödəyib. Oyunçunun gələcək satışından əldə olunacaq gəlirin də 20 faizi Alanya klubuna ödəniləcək.
Yunan futbolçu yeni komandasında bu mövsümün qalan hissəsi üçün 600 min avro gəlir əldə edəcək. Növbəti mövsümdən etibarən isə onun illik qazancı 1.25 milyon avro təşkil edəcək. Bakasetası heyətində görmək istəyən klub isə bunun üçün 12 milyon avro ödəməlidir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var