Digər idman növləri
Trampdan tarixi nəticə
İngiltərəli peşəkar snuker ustası, 2019-cu ilin dünya çempionu Cadd Tramp “Northern İreland Open” turnirinin çempionu olub. O, final görüşündə dünya reytinqində 25-ci yerdə qərarlaşan həmyerlisi Kris Vakelinə qalib gəlib. Görüş 9:3 hesabı ilə başa çatıb.
Bu turnirdəki qələbə Tramp üçün reytinq turnirlərində ardıcıl üçüncü olub. İngiltərəli bilyard ustası bundan əvvəl Brentvudda (Böyük Britaniya) “English Open” və Uhanda (Çin) “Wuhan Open” turnirlərinin çempionu olmuşdu.
O, tarixdə belə nəticə əldə edən beşinci snukerçidir. Əvvəllər bu nailiyyətə yalnız uelsli Rey Reardon, şotlandiyalı Stiven Hendri, ingilis Stiv Devis və çinli Dinq Junhui nail olublar.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub