Dünya futbolu
Trent ÇL-də olmayacaqları ilə barışıb
Trent Aleksandr-Arnold Çempionlar Liqasına vəsiqə qazanmaqdan əlini üzüb. “Liverpul”un sağ cinah müdafiəçisi komandasının çətin vəzifənin öhdəsindən gələcəyinə inanmır.
İngiltərə Premyer Liqasında 8-ci pillədə qərarlaşan və ÇL-ə vəsiqə verən yerdən 12 geridə olan mersisaydlıların ümumiyyətlə, avrokuboklardan kənar qalması mümkündür. Trent də bunun fərqindədir: “Bəlli hədəflərimiz var. Amma Çempionlar Liqasına yollanmağımızın artıq mümkünsüz olduğunu düşünürəm. Nəzəri şanslarımız var, mübarizə aparacağıq. Alınmasa belə, sonadək döyüşməliyik”.
Müdafiəçi cari mövsümə görə məyusdur: “Hazırda istədiyimiz yerdə deyilik. Amma önümüzdə 9 matç var. Onların hamısını qazanmağa çalışacağımıza əmin olun”.