Premyer-liqa
“Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi
Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.
Əvvəlcə “Turan Tovuz” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
Lider “Qarabağ” isə “Zirə”ni qəbul edəcək.
Xatırladaq ki, turun daha öncə baş tutan oyunlarında “Səbail” “Sumqayıt”a 0:1 hesabıyla uduzub, “Kəpəz” – “Neftçi” matçı heç-heçə (3:3) bitib, “Sabah” isə “Qəbələ”yə 2:1 hesabıyla qalib gəlib.
Misli Premyer Liqası
26-cı tur
10 mart
“Turan Tovuz” – “Araz-Naxçıvan” 2:0
Qollar: Aleks Souza, 78; 80.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 15:30.
Turan Tovuz: 13. Aydın Bayramov, 14. Slavik Alxasov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 21. Aleks Souza.
Baş məşqçi: Ayxan Abbasov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike.
Baş məşqçi: Azər Bağırov.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə