Premyer-liqa
“Turan Tovuz” “Qəbələ”yə, “Qarabağ” “Səbail”ə qarşı
Misli Premyer Liqasında XXVI turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni sınağa çəkəcək.
Günün digər oyununda isə lider “Qarabağ”la çempionatın autsayderi “Səbail” üz-üzə gələcək.
Xatırladaq ki, ilk oyun günündə baş tutan “Kəpəz” – “Zirə” matçında qalib müəyyənləşməyibsə (1:1), “Sabah” “Sumqayıt”a 4:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu ilə yekun vurulacaq.
Misli Premyer Liqası
XXVI tur
11 mart
“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev.
Tovuz şəhər stadionu, 15:00.
“Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə.
“Azersun Arena”, 18:00.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?