Premyer-liqa
“Turan Tovuz”dan ilklər
“Turan Tovuz” Misli Premyer Liqasının XXIII turunda ilklərə imza atıb.
Futbolinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “Sabah”la səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib.
Tovuzlular ilk dəfə rəqib meydanında keçirdiyi Premyer Liqa matçında 2 qol vurub. Bunadək səfərdə birdən çox qol vurmayan debütant səfərdə ən böyük fərqli qələbəsini qazanıb. “Turan Tovuz” əvvəlki üç qələbəsini bir top fərqi ilə əldə edib.
Tovuzlular həm də ilk dəfə ardıcıl iki səfər görüşündə qalib gəlib. Qərblilər fevralın 6-da “Şamaxı”nı bir qolla üstələyib. Klub debüt mövsümünün əvvəlki qarşılaşmalarında belə seriyaya imza atmayıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı