Dünya futbolu
Türkiyə klubları dağıntılar altında qalan futbolçularından xəbər gözləyir
Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalanlar və ağır xəsarət alanlar arasında futbolçular da var.
Futbolinfo.az xəbər verir ki, “Yeni Malatyaspor”un qapıçısı Ahmet Eyüp Türkaslan dağıntılar altında qalıb.
Futbolçunun həyat yoldaşı xilas edilsə də, oyunçunu sağ və ya ölü tapmaq mümkün olmayıb. Baxmayaraq ki, yerli mətbuatda qapıçının öldüyünə dair də xəbərlər yayılıb.
“Yeni Malatyaspor”un digər futbolçusu Barış Başdaş isə ağır yaralanıb. 33 yaşlı müdafiəçi baş vermis zəlzələ zamanı yaşadığı binanın ikinci mərtəbəsindəki evinin eyvanından tullanıb. Ciddi xəsarət aldığı bildirilən Türkiyənin gənclər yığmasının sabiq oyunçusu dərhal xəstəxanaya aparılıb.
Zəlzələni bütün acısı ilə yaşayan klublardan biri də “Hatayspor”dur. Super Liqa təmsilçisinin idman direktoru Taner Savut, tərcüməçi Emre, eləcə də qanalı futbolçu Kristian Atsu zəlzələ nəticəsində dağıntılar altında qalıblar. Xilasedicilər həm klub rəsmilərinin, həm də Qana millisinin hücumçusunun axtarışını davam etdirirlər.
Dağıntılar altında qalmış “Hatayspor”un məşqçiləri Gökhan Kağıtçıoğlu, Murat Bel və futbolçusu Burak Öksüz isə vaxtında xilas ediliblər.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub