Ölkə futbolu
Türkiyə nəhənglərinin “Molde” – “Qarabağ” oyununa marağı
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın əsas rəqibi olan “Molde”nin bir futbolçusu qış fasiləsində Türkiyəyə köçə bilər.
Futbolinfo.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Emil Breyvik “Qalatasaray”ın maraq dairəsinə düşüb.
23 yaşlı oyunçunun meneceri Cim Solbakken “Cim-Bom” rəhbərliyi ilə danışıq aparmaq üçün İstanbula yollanıb. Norveçin gənclər millisinin sabiq üzvü “Trabzonspor”un da gündəmindədir. Hər iki klubun skautları qış fasiləsinə qədər “Molde”nin həm çempionat, həm də avrokubok matçlarını canlı izləyəcək. Yalnız ondan sonra futbolçu ilə bağlı yekun qərar veriləcək. Bu isə o deməkdir ki, Türkiyə nəhənglərinin nəhəngləri “Molde”nin Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la ev oyununa skaut göndərəcəklər.
Qeyd edək ki, “Molde” – “Qarabağ” oyunu noyabrın 30-da birincilərin meydanında keçiriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”