Dünya futbolu
Türkiyə Super Kubokunun qalibi bəlli oldu
Futbol üzrə Türkiyə Super Kubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda Super Liqanın sonuncu qalibi “Başakşəhər”lə Türkiyə Kubokunun sahibi “Trabzonspor” üz-üzə gəlib.
Üç qolun qeydə alındığı matçda Trabzon təmsilçisi çətin qələbəyə sevinib – 2:1. Bununla da “Trabzonspor” tarixində 9-cu dəfə Super Kubokun qalibi olub və bu göstəricidə “Fənərbaxça”ya çatıb. Super Kuboku ən çox qazanan komanda isə “Qalatasaray”dır – 16 dəfə.
Türkiyə Super Kuboku
27 yanvar
Başakşəhər – Trabzonspor 1:2
Qol: D.Ba, 58-pen – Djanini, 47. Ekuban, 86.