Ölkə futbolu
Türkiyədə “Qarabağ”a dəstək pankartı
Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Vilyarreal” matçının keçirildiyi “Başakşəhər Fatih Terim” (Türkiyə) stadionunun ətrafında Azərbaycana, eləcə də “Qarabağ” klubuna dəstək xarakterli plakatlar yerləşdirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan bayraqları ilə bəzədilən arenanın ərazisində “Yanındayıq “Qarabağ”, Avropa Liqasında uğurlar” tipli pankartlar diqqət çəkir.
Azərbaycandan oyuna yollanan jurnalistlər isə işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparan Azərbaycana dəstəyini göstərən Türkiyəyə özünəməxsus minnətdarlığını çatdırıb. Arena kənarında üzərində “Təşəkkürlər Türkiyə” yazılan plakat açan jurnalistlər Türkiyə Cümhuriyyətinin yaranma günü ilə bağlı təbriklərini də çatdırıblar.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”