Ölkə futbolu
U-15 və U-16 Liqalarının püşkü atıldı
Bu gün AFFA-nın inzibati binasında 2023/2024-cü illər mövsümü U-15 Liqasının və U-16 Liqasının püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, püşkatma mərasimində AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov və klub nümayəndələri iştirak edib.
U-15 Liqasında komandalar A və B qrupuna bölünəcək. B qrupunun oyunları Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq. A qrupunda 15 komanda mübarizə aparacaq və oyunlar iki dövrədən ibarət olacaq. İlk yeddi yeri tutan komanda B qrupunun qalibi ilə final mərhələsində qarşılaşacaq.
U-16 Liqası da A və B qrupu olmaqla üç dövrədən ibarət olacaq. A qrupunda 13 komanda mübarizə aparacaq. A qrupunda üçüncü dövrə birinci dövrənin təkrarı olacaq. A qrupunda ilk yeddi yeri tutan komanda Naxçıvan Muxtar Respublikası üzrə qalib gələcək komanda ilə final mərhələsində qarşılaşacaq.
Hər iki liqanın birinci turunun oyunları 2-3 sentyabr tarixlərində keçiriləcək.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu