Milli komanda
U-19 ilk oyununda Belarusa böyük hesabla uduzdu
Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək Azərbaycan millisi bu gün ilk oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, komandamız Belarusdan olan həmyaşıdları ilə qarşılaşıb.
Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 1:7. U-19-un heyətində Qüdrət Qasımzadə fərqlənib. Millimiz növbəti oyununu sabah Qırğızıstanın müvafiq yaş qrupuna aid komandasına qarşı keçirəcək.
Belarusla oyunda millinin heyətində bu futzalçılar yer alıb: 1. Əli Quliyev, 10 Fərid Abbasov (k), 5. İlham Əliyev, 3. Qüdrət Qasımzadə, 7. Şahbaz Həmdəmli, 12. Sadiq Əlizadə, 14. Kərim Babayev, 2. Rüfət Məmmədli, 12. Sunay Həsənov, 11. Orxan Babayev, 9. Nüsrət Fərzəli, 6. Ayxan Məmmədli, 8. Bəyoğlan Vəlizadə, 4. Elşən Mahmudov.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq