Bizi izləyin

Milli komanda

U-23 yığmasına ehtiyac varmı? – mütəxəssislər danışır

blank

AFFA İcraiyyə Komitəsinin son iclasında Vaqif Sadıqov U-23 millisinin yaradılması ideyası ilə çıxış edib. Məlumata görə, fikir bəyənilib və növbəti toplantıda yenidən müzakirəyə çıxarılacaq.

Yeni yığma ətrafında fikirlər heç də birmənalı deyil. Bu ideyanı dəstəkləyənlər də var, qarşı çıxanlar da. U-23 yığmasına ehtiyac varmı? Bu komandanın ölkə futboluna hansı faydası dəyə bilər? Mütəxəssisləri danışdırdıq…

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev yeni ideyanın tam doğru anlaşılmadığını, ümumilikdə belə bir yığmaya ehtiyac olduğunu bildirdi:

“Belə bir komanda lazımdı. Həm U-18, həm də U-23 millilərinə ehtiyac var. Futbolçular U-17-dən, U-19-a keçərkən iki il itirir və onda təxminən 40 faiz uşaq batır. 19-dan 21-ə keçəndə də eyni problem yaranır. Çünki 20 yaşda bir qisim artıq kənarda qalır. Bu ideya Məşqçilər Komitəsindən gəlib. Fikrimiz həmin uşaqları itirməməkdi. 21 yaşlılar bu il sentyabrda yaşlarını tamamlayacaqlar və onların çox az hissəsi əsas milliyə düşəcək. U-23 yığması həmin futbolçular üçün ikinci şans olacaq. Bu, keçid bir komanda rolunu oynayacaq. Mənə elə gəlir ki, yaş qrupları nə qədər çox olsa, futbolumuza xeyir verər, nəinki ziyan.

Digər tərəfdən, ideya tam olaraq anlaşılmır, fikirlərdə qarışıqlıq var. Bu, ikinci milli komanda demək deyil, tamam fərqlidi. Biz deyirik ki, 21 yaşlılar tsikli bitirdikdən sonra onlardan yalnız 1-2 nəfəri əsas milliyə gedəcək, bu sayı artırmaq lazımdı. Məqsəd qalan futbolçuları qorumaqdı. Yoxsa bir milliyə futbolçu tapa bilmiriksə, ikinciyə hardan tapacağıq? Sadəcə, bu yolla əsas milliyə U-21-dən gedə bilməyənlərə ikinci şans vermiş olacağıq. Futbolçuları itirmək asandı, onları qazanmağı düşünməliyik. İndi əsas milliyə U-21-dən 1-2 nəfərkeçirsə, düşünürük ki, bu yığmadan sonra say 5-6-ya çatacaq. Həmin komandaya il ərzində təlim-məşq toplanışı və bir neçə beynəlxalq oyun kifayət edər. Əsas məsələ futbolçuların diqqətdə qalmasıdı.

Komandanın baş məşqçisinin yerli mütəxəssis olması planlaşdırılır. Bu da ona görədi ki, o, həmin futbolçuları daim diqqətdə saxlamalıdı. Komandanın beynəlxalq yarışı yoxdu deyə, nəticə də tələb olunmayacaq. Yerli məşqçi daha yaxşı olar ki, futbolçularla daim əlaqədə olsun. Digər tərəfdən bu, məşqçilərimiz üçün də özlərini göstərmək üçün bir şans olacaq.

U-23-ü komanda kimi çempionata buraxmaq? Məncə, bu, sistemdən kənara çıxır. Mümkün olmayacq. Həmin futbolçular hərəsi bir klubdan gələcəklər. Belə bir şeyə ehtiyac yoxdu”.

Futbol mütəxəssisi Tahir Süleymanov isə tamamilə fərqli fikirdədi. O, belə futbolçu kontingenti ilə U-23 yığmasının ölkə futboluna heç bir faydasının olmayacağını düşünür:

“Azərbaycan futbolu acınacaqlı durumdadı. Məsələlərə hansısa yığmanın yaradılması baxımından yanaşmaq lazım deyil, ümumi futbolda kompleks tədbirlərin görülməsi mütləqdir. Fikir verin, millidə baş məşqçi postuna 32(!) namizədin olduğu qeyd edilir. Yanlış, ciddilikdən, peşəkarlıqdan uzaq münasibətdi. Azərbaycan millisi açıq qapıya çevrilməməlidi. Bu sayda məşqçini detallı analiz etmək üçün elə 32 ay vaxt lazımdı. Buna ehtiyac da yoxdu. Ümumiyyətlə, məşqçi məsələsi bu qədər müzakirə edilməməlidir Milliylə bağlı Yurçeviçin həqiqət dolu son açıqlama-nağılları kifayətdi, “8 komandalı çempionat, az sayda futbolçu seçimi” və s… Baxın, xorvat bu sözləri müqavilə bağlayanda demirdi, indi dilə gətirir. Mənəviyyatı olan şəxs öncədən bildirərdi, 100 minləri çibə qoyub aradan çıxandan sonra yox. Nəyinə gərəkdi, bunu Yurçeviç yox, futbola cavabdehlər düşünməlidi. Yeni gətiriləcək məşqçi də zaman gələcək oxşar nağıllar səsləndirəcək. Azərbaycan futbolunun problemləri baş məşqçi, hansısa yığmanın yaradılması deyil, daha qlobaldı.

Konfrans keçirildi, köhnə-yeni heyət yenidən futbola rəhbərlik edəcək. Keçmişin, dünənin səhvləri təkrarlanmamalıdı. Bütün sağlam qüvvələr, futbolu düşünənlər, bacarığı olanlar futbolun dirçəlməsi prosesinə layiqli şəkildə cəlb edilməli, şərait yaradılmalıdı. Heç kim eyforiyaya qapılmasın, futbolu kabinetlərdə gizlətmək mümkün deyil. Futbola olan ictimai inam onsuz da sıfıra endirilib. Təfəkkür, düşüncə dəyişikliyi baş verməsə, səhvlərdən nəticə çıxarılmasa, qısa zamanda ictimai münasibət əvvəlkindən də pis olacaq. Hələ ki, AVRO-2020 araya girib, sonrasını düşünmək gərəkdi. Heç bir əcnəbi və ya yerli məşqçinin milliyə təyin olunması ilə ölkə futbolu düzələn deyil. Yeni, çox ciddi layihələr ortaya qoyulmalıdı. Düzgün addımlar atılarsa, dirçəlişə nail olmaq mümkündü.

U-23 yığması zamanlama baxımından yerində olmayan təklifdi. Bu, Almaniya, Fransa, İspaniya və ya futbolçu qıtlığı yaşamayan Xorvatiya, Çexiya kimi ölkələrdə keçərlidi. Rəqabət o qədər yüksəkdi ki, 1-2 gənc futbolçunu çıxmaq şərtilə, əsas milliyə düşmək çox çətindi. Perspektivli futbolçuları itirməmək üçün U-23 yığması faydalı olur.

Azərbaycan futbolunun vəziyyətində isə, U-17, U-19, U-21-lərə keyfiyyətli futbolçu tapılmır, onlarla əcnəbi milliləşdirilir. Çempionatımızda əsas heyətdə çıxış edən yerli futbolçuların sayı 40-50-di. Keyfiyyət qalsın bir tərəfə, say etibarı ilə meydana çıxan hər 2(!) futbolçudan biri milliyə cəlb edilir. Belə durumda U-23-ə nə ehtiyac var?! Rəqabətin, usta futbolçuların olmadığı məkanda onsuz da bir az bacarığını göstərən gənc futbolçular dərhal milliyə cəlb edilirlər…

U-23 layihəsi sonranın işidi. İndi bütün gücü səfərbər edib planlı şəkildə infrastruktura, uşaq futboluna, bölgələrdə klubların bərpasına yönəltmək lazımdır. Kütləvillik, həvəskar futbol öz yerində, peşəkar futbol yanaşması olmalıdı.

İndiki məqamda U-23 yığması olmayan futbolçularla Azərbaycan futboluna heç bir fayda verə bilməz”.
(Futbolpress.az)

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-27 16:18

“Bayern”in hücumçusu “Qızıl buts” mükafatını qazandı

blank
Digər idman növləri2024-05-27 16:00

Azərbaycanın yeddi sərbəst güləşçisi Gürcüstanda medal qazanıb

blank
Digər idman növləri2024-05-27 15:38

Yığmamızın Avropa çempionatı üçün heyəti bəlli oldu

blank
Milli komanda2024-05-27 15:19

Millimizin heyətində dəyişiklik edildi

blank
Ölkə futbolu2024-05-27 15:00

Lisenziya Komissiyası bu klublara lisenziya vermədi

blank
Premyer-liqa2024-05-27 14:40

Emin Mahmudov tarixə düşdü

blank
Ölkə futbolu2024-05-27 14:21

“Turan Tovuz”da 2 vida – biri “Araz-Naxçıvan”a gedir

blank
Digər idman növləri2024-05-27 14:04

Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar

blank
Premyer-liqa2024-05-27 13:47

“Neftçi”nin fiaskosu, çempiondan 25 xallıq fərq

blank
Digər idman növləri2024-05-27 13:28

“Qəbələ”də 6 ayrılıq rəsmən açıqlandı

blank
Digər idman növləri2024-05-27 13:10

Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşdü

blank
Digər idman növləri2024-05-27 12:57

Nepallı alpinistdən dünya rekordu

blank
Digər idman növləri2024-05-27 12:40

Azərbaycan cüdoçularından Avropa Kubokunda beş medal

blank
Digər idman növləri2024-05-27 12:22

AVF Qaxda təlim-məşq toplanışı təşkil edib

blank
Digər idman növləri2024-05-27 12:07

Donçiç və İrvinqin 66 xalı “Maveriks”ə qələbə qazandırdı

blank
Digər idman növləri2024-05-27 11:50

İndianapolisdə son 20 ildə görünməmiş nəticə

blank
Ölkə futbolu2024-05-27 11:35

Rəşad Sadıqovun 50-ci qələbəsi

blank
Dünya futbolu2024-05-27 11:18

Xavi “10-luğ”a düşüb getdi

blank
Digər idman növləri2024-05-27 11:01

Çexiya dünya çempionu oldu

blank
Digər idman növləri2024-05-27 10:44

Ergin Ataman zirvədə

blank
Digər idman növləri2024-05-27 10:27

Azərbaycan idmançısı Fransada çempion oldu

blank
Dünya futbolu2024-05-27 10:10

Premyer Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu

blank
Ölkə futbolu2024-05-27 09:55

Rezabala “Sumqayıt”da qalacaq

blank
Milli komanda2024-05-27 09:38

“Azərbaycanı hər iki oyunda məğlub etmək istəyirik”

blank
Ölkə futbolu2024-05-27 09:21

“Qarabağ” üçün daha iki potensial rəqib

blank
Dünya futbolu2024-05-27 09:04

Sautqeyt gənclərə də şans verəcək

blank
Ölkə futbolu2024-05-27 08:49

“Zirə”nin bütün potensial rəqibləri bəllidir

blank
Digər idman növləri2024-05-27 08:32

Kadetlər arasında ölkənin ən güclüləri bəlli oldu

blank
Ölkə futbolu2024-05-27 08:15

Allaş “Qəbələ”dən ayrıldı, yeni klubda görünəcək

blank
Ölkə futbolu2024-05-27 08:00

Mövsüm Diakabinin hədiyyəsi ilə bitdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm