AÇ-2024
UEFA Azərbaycana verilən vaxtın müddətini uzatdı
UEFA AÇ-2020-yə ev sahibliyi edəcək azarkeşlərlə bağlı planlarını müəyyənləşdirmək üçün son müddəti uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi nümayəndəsi “France Press” agentliyinə açıqlama verib. Onun sözlərinə görə, müddət aprelin 7-dən aprelin 28-dək artırılıb.
Qeyd olunub ki, bəzi görüşlərin digər şəhərlərə salınması, bəzilərinin isə azarkeşsiz keçirilməsi də istisna edilmir.
Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun – 11 iyula təxirə salınıb. AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub