AÇ-2024
UEFA Bakının qarşısına yeni tələb qoydu
UEFA prezidenti Aleksander Çeferin AÇ-2020-nin təşkili ilə bağlı daha bir açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, “Sky Sports”a danışan sloveniyalı funksioner turnirin azarkeşlərlə keçiriləcəyini təsdiqləyib:
“Təşkilatçılıqla bağlı bir neçə ssenari mövcuddur. İdeal ssenariyə əsasən, Avropa çempionatını 12 şəhərdə keçirəcəyik.
Amma mümkün olmasa, yarış 10 və ya 11 şəhərdə təşkil olunacaq. Bu, bir və ya bir neçə şəhərin tələb olunan şərtlərə cavab verməyəcəyi təqdirdə gerçəkləşəcək.
AÇ-2020-nin istənilən matçının boş stadionda keçirilmə ehtimalı yoxdur. Hər bir şəhər fanatların tribunaya buraxılmasını təmin etməlidir.
Şəhərlər üçün stadionlarda azarkeşlərlə bağlı son müddət 7 aprelə qədərdir. Yekun qərar isə aprelin 20-də veriləcək”.
Avropa çempionatı bu il Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçirilməlidir. 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun – 11 iyula təxirə salınıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub