Ölkə futbolu
UEFA da “Qarabağ”ın feyr-pley jestinə reaksiya verdi
UEFA “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda Marsel “Olimpik”inə (Fransa) qarşı cavab oyunundakı feyr-pley hərəkətinə biganə qalmayıb.
Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumunun baş katibi Corco Marketti bu turnirin 1/8 final mərhələsinin püşkatması sözügedən feyr-pley jestinə görə Ağdam klubuna təşəkkür edib.
Marketti bunu alqışalayiq addım adlandırıb: “Qarabağ”ın inanılmaz idman ruhu və feyr-pley jestini qeyd netmək istərdim. Onlar baş hakimdən vurduqları qolun ləğv olunmasını xahiş edib. Əla, cənablar! Sizin turnirdəki çıxışınız möhtəşəm idi. Ədalətli oyununuz isə alqışa layiqdir, tərifə və hörmətə layiqdir. Bu, həqiqətən xüsusi an idi”.
Xatırladaq ki, ötən gecə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan “Qarabağ” – “Olimpik” matçının 34-cü dəqiqəsində Ağdam klubunun hücumçusu İbrahima Vadji əllə qol vuraraq hesabı bərabərləşdirmişdi. Lakin təmsilçimizn baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra seneqallı forvard hakimə topu əli ilə vurduğunu bildirib. Nəticədə polşalı referi Bartoş Frankovski “Qarabağ”ın qolunu ləğv edib. Bu hadisə dünya mediasında da geniş işıqlandırılıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub