Ölkə futbolu
UEFA-dan “Qarabağ”la bağlı növbəti paylaşım
Avropa Konfrans Liqasının “Twitter”dəki rəsmi səhifəsi “Qarabağ”la bağlı paylaşım edib.
Futbolinfo.az xəbər verir ki, paylaşımda Ağdam klubunun Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah”ı 2:1 hesabı ilə məğlub etdiyi səfər oyunundan fotolar yayımlanıb.
“Başqa bir həftəsonu, “Qarabağ”ın növbəti qələbəsi” başlıqlı paylaşımda komandanın bütün turnirlərdə ardıcıl 15 oyundur məğlub olmaması, 10 qələbə qazanıb, 5 dəfə heç-heçə etməsi vurğulanıb.
“Qarabağ” Konfrans Liqasında növbəti oyununu oktyabrın 21-də Qazaxıstan “Kayrat”ına qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 20:45-də start veriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?