Ölkə futbolu
UEFA Gənclər Liqası: “Qəbələ”nin oyunlarının vaxtı dəqiqləşdi
“Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.
Futbolinfo.az “qırmızı-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Yolunda mübarizə aparacaq U-19 komandası Niderlandın AZ klubu ilə ilk görüşünü sentyabrın 29-də Qəbələ şəhər stadionunda keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Cavab matçı oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda “Csikszereda” (Rumıniya) – “Anje” (Fransa) duelinin güclüsü ilə görüşəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”