Dünya futbolu
UEFA Millətlər Liqasının daha bir oyunu təxirə salındı
Futbol üzrə UEFA Millətlər Liqasında daha bir oyun ləğv edilib.
Futbolinfo.az xəbər verir ki, qrup mərhələsinin 6-cı turunun bu günə nəzərdə tutulan İsveçrə – Ukrayna matçı baş tutmayacaq.
Bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Görüşün ləğvinə koronavirus pandemiyasının səbəb olduğu diqqətə çatdırılıb. Məsələ burasındadır ki, Ukrayna millisinin 6 futbolçusunda yoluxma qeydə alınıb. Qarşılaşmanın taleyi ilə bağlı qərarı UEFA verəcək.
Ukrayna yığmasında koronavirus testi müsbət çıxan futbolçular Ruslan Malinovski, Sergey Krivtsov, Junior Moraes, Eduard Sobol, Yevgeni Makarenko və Dmitro Riznikdir. Onlardan başqa məşqçi İvan Baştovıda da koronavirus aşkarlanıb.
İsveçrə – Ukrayna oyunu bu gün keçirilməli idi. İki gün öncə Rumıniya – Norveç matçı da eyni səbəbdən təxirə salınmışdı.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”