Dünya futbolu
UEFA prezidenti: “Konfrans Liqası təxirə salınmayacaq”
UEFA prezidenti Aleksandr Çeferin koronavirus səbəbiylə təxirə salınan liqalarla bağlı açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, “The Guardian”a danışan qurum rəhbəri, 2021-ci ilə təxirə salınan AÇ-2020 və 2021/2022 mövsümündə başlaması nəzərdə tutulan Konfrans Liqası ilə bağlı danışıb:
“AÇ-2020-nin 2021-ci ildə keçiriləcəyi ilə bağlı bir milyonluq bəhsə girməyə hazıram. Bu virusun sonsuzadək davam edəcəyini düşünmürəm. Bu, bizim üçün yeni bir təcrübədir və virusdan qurtulduqdan sonra işlər normala qayıdacaq. Birinci və ikinci dünya müharibəsindən sonra futbol dəyişmədi, bu virusdan sonra da dəyişməyəcək.
Vəziyyətin Konfrans Liqasına təsir edəcəyini düşünmürəm, bu turniri vaxtında keçirəcəyik. Konfrans Liqası təxirə salınmayacaq”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…