Ölkə futbolu
UEFA reytinqi: “Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı
Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.
Futbolinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşündə İsveçrənin “Sürix” komandası üzərində əldə etdiyi 3:2 hesablı qələbə sayəsində mümkün olub.
Qalibiyyət 4 klubla təmsil olunan ölkəmizin aktivinə daha 0.250 xal gətirib. Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0.500-ə, son 5 mövsümdə isə 13.125-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14.000 xalla Polşa qərarlaşıb. Azərbaycanı 11.625 xalı olan Sloveniya izləyir.
Azərbaycanın bu turnirdəki təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” isə yarışa Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən start verəcəklər. Sözügedən komandalar ilk oyunlarına sabah çıxacaqlar.