Milli komanda
Uğursuz Obradoviç özünü milli komandamıza sırımaq istəyir
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya işgüzar səfəri zamanı həmin ölkənin rəhbəri Aleksandar Vuçiçlə görüşüb. Diqqətçəkən məqam Serbiyanın nümayəndə heyətinin tərkibində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Milan Obradoviçin də yer alması olub.
Futbolinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Prezidentlə görüşdən şəkil paylaşaraq Azərbaycan dilində “çox sağ ol” yazıb.
Maraqlıdır ki, Azərbaycanda olduğu müddətdə millimizdən çox rəqiblərin tarixinə qızıl hərflərlə düşən Obradoviç, tədbir zamanı nümayəndə heyətimizlə görüşdə əsas yığmamızın baş məşqçisi olmaq arzusunu dilə gətirib. Görünür, elə onun bu tədbirə düşməsinin də səbəbi diqqət mərkəzinə düşmək, fürsətdən faydalanmaq niyyətdir.
2019-cu ildə bəh-bəhlə U-21-in “sükanı arxasına” gətirilən mütəxəssis burada çalışdığı üç il ərzində futbolumuz adına yalnız uğursuzluqla yadda qaldı. Təsadüfi deyil ki, Obradoviçin rəhbərliyi altında baş tutan 24 oyunun 17-də məğlubiyyət acısı dadmışıq. Hətta onun debut matçı Lixtenşteynin tarixi qələbəsi ilə əlamətdar olub. Belə ki, 2019-cu ildə komandamızı 1:0 hesabı ilə məğlub edən lixtenşteynlilər tarixlərində ilk rəsmi qalibiyyət sevinci yaşayıblar. Obradoviç cəmi 5 qələbə ilə öyünə bilib ki, bu da 3 il burada qalması üçün kifayət edib.
Serb çalışdırıcı Azərbaycana gələnə qədər ölkəsində orta səviyyəli mütəxəssis idi. Hər halda “Napredak”, “Koper” kimi klublarda köməkçi işləmək böyük istedad tələb etmir. Baş məşqçi kimi isə “Koper”də 15, Serbiyanın U-19 yığmasında da cəmi 4 görüşdə “sükan arxasında” qala bilib. Ən böyük uğuru 2018-ci ildə Serbiyanın əsas millisində köməkçi məşqçi işləmək olub.
Milan Azərbaycanı tərk etdiyi 2022-ci ilin yayından bəri işsizdir. Milli komandamızın baş məşqçi postunun boş olduğunu nəzərə alsaq, yəqin serb mütəxəssis ölkələrimiz arasındakı dostluq münasibətlərindən şəxsi mənafeyi üçün faydalanmaq istəyir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?