Dünya futbolu
Uğursuz seriyalı Pioli: “Vacib qollar vurdular”
“Milan” ardıcıl 5 Çempionlar Liqası matçında qol vura bilməyən ilk İtaliya klubu oldu. “Rossonyerlər” həmçinin qrup mərhələsinin ilk 3 oyununda fərqlənməməklə də “siftə edib”.
Futbolinfo.az xəbər verir ki, Dortmund “Borussiya”sı və “Nyukasl”la reallaşan 0:0-ların ardınca dünən PSJ-yə 0:3 hesabıyla yenilən İtaliya klubunun baş məşqçisi Stefano Pioli bunları deyib: “Çox ağır məğlubiyyətdir. Birinci hissəni çox əla keçirdik, amma fasilədən sonra həddindən artıq səhv etdik. Topa sahibolmada problem yox idi. Üzərimizə basqı qurub matçın bəlli bölümlərində vacib qollar vurdular”.
Pioli komandasının bir saat yaxşı oynadığını söyləyib: “PSJ-dən daha yaxşı oynadıq. Yalnız bəzi bölümlərdə konsentrasiyanı əldən verdik. Yaxşı oynayıb böyük hesabla uduzduğumuz üçün məyusam”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı