Milli komanda
Uğursuzluğun günahkarı – 75 faiz AFFA-nı hədəf göstərdi
Milli komandamızın zəif rəqiblərə ardıcıl 2 məğlubiyyəti futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılandı. Nəticə bir yana, yığmamızın məzmunsuz oyunu futbolumuzda islahat istəyənlərin sayını bir az da artırdı.
Mətbuatda, sosial şəbəkədə AFFA-dan narazılığın pik həddə çatdığını müşahidə edirik. Mütləq əksəriyyət futbolçuların və ya baş məşqçinin yox, məhz AFFA-nın hazırkı biabırçı duruma görə məsuliyyət daşıdığını düşünür.
Dünən Azərbaycan – Latviya (0:1) oyunu bitincə “Futbolinfo”nun “Teleqram” kanalında “Milli komandanın biabırçı durumunun günahkarı kimdi” sualı ilə sorğu keçirdik. Sorğunu görən 443 nəfərdən 248-i təqdim etdiyimiz 4 variantdan birini seçdi və respondentlərin ¾-ü, yəni 75 faizi məhz AFFA-nı günahkar bildiyini nümayiş etdirdi.