Dünya futbolu
Ukrayna millisinə texniki məğlubiyyət verildi
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə – Ukrayna oyunu ilə bağlı yekun qərar verilib.
Futbolinfo.az xəbər verir ki, UEFA qonaq komandaya texniki məğlubiyyət verib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Nəticədə 4-cü qrupda sonuncu pilləni tutan Andrey Şevçenkonun başçılıq etdiyi kollektiv A Liqasını tərk edib.
Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxması üzündən baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…