Ölkə futbolu
Ülvi üçün finala bərabər 5 oyun
“Qarşıda bizi 5 oyun gözləyir. 4-ü liqa, biri kubok matçıdır. Bu qarşılaşmaların 5-i də final xarakterli olacaq” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin forvardı Ülvi İsgəndərov deyib.
Forvard komandasının çempionatda və kubokdakı çıxışından danışıb: “Əlimizdən gələni edirik. Hazırda komanda inkişafdadır. Oyundan-oyuna daha yaxşı çıxış edirik. Bizim üçün qarşıda vacib matçlar var və konsentrasiyamızı itirməməliyik. Ümid edirəm ki, hər şey yaxşı bitəcək”.
“Qəbələ”də indidən futbolçuların fikrinin Azərbaycan Kubokunun finalında “Neftçi”yə qarşı keçirəcəkləri oyunda olması fikri ilə İsgəndərov razılaşmayıb: “Kubok barədə indidən heç düşünmürük. Dediyim kimi, onsuz da bütün oyunlarımız finala bərabərdir. Hər matça eyni motivasiya ilə çıxmalıyıq”.
Forvard son matçlarda fərqlənə bilməməsinə də toxunub: “Mən hər zaman qol vurmaq istəyirəm, amma bəzən alınmır. Hazırda kimin qol vurmasının fərqi yoxdur, çünki bizə xallar, qələbələr lazımdır”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”