Ölkə futbolu
Ürfan ilk sarı vərəni haqlı sayır: “Hakim başqa cür qərar verdi”
“Turan Tovuz”un son oyunlarda yaxşı oynadığını bilirdik. Matça pis hazırlaşmamışdıq. Lakin hər şey istədiyimiz kimi getmədi” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov deyib.
O, Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”a 1:2 hesablı məğlubiyyətdən danışıb: “İlk hissədə planlaşdırdığımız hücumları qura bilmirdik. Standart vəziyyətdən buraxdığımız qollar oyunun taleyini həll etdi. Bu, futboldur, belə nəticələr olur. Hələ ki, qarşıda 2 oyunumuz var”.
Futbolçu qarşılaşmanın ikinci hissəsində aldığı qırmızı vərəqə barədə bunları deyib: “Təəssüf ki, ikinci hissədə qırmızı vərəqə aldım. Birinci aldığım “sarı” doğru qərar idi. Amma ikinci sarı vərəqə verilməsəydi də, hakimə heç kim heç nə deməzdi. Biz sadəcə, bir-birimizlə toqquşduq. İkimiz də topa hərəkət edirdik. Amma hakim başqa cür qərar verdi. 10 nəfərlə də qol şansları yaratdıq, amma fərqlənə bilmədik”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub