Bizi izləyin

Digər idman növləri

“US Open” başlayır – 143-cü dəfə…

blank
blank

Tennisdə mövsümün son böyük yarışına –  “Böyük dəbilqə” seriyalı turnirlərin sonuncusu olan ABŞ açıq çempionatına (US Open) start verilir. Son vaxtlar yaranan yeni intriqa, Alkaras – Cokoviç qarşıdurması burada da davam edə bilər. Digər maraqlı məqam reytinqə kimin başçılıq edəcəyi və mövsümün yekun turnirində iştirak edəcək 8 nəfərin adının müəyyənləşməsidir.

Yarışın məkanı

143-cü dəfə təşkil ediləcək ABŞ Açıq çempionatına bu gün – avqustun 28-də start verilir. Turnir sentyabrın 10-dək davam edəcək. Oyunlar Nyu-Yorkda, “Billie Jean King” Milli Tennis Mərkəzinin kortlarında keçiriləcək. Bu idman kompleksi 1978-ci ildən “Böyük dəbilqə” yarışlarına ev sahibliyi edir.

Yarışın əsas meydançası 1968-ci ildə, “Açıq Era”da turnirin ilk qalibi olmuş amerikalı tennisçi Artur Eşin adını daşıyır. Stadion təxminən 23 min tamaşaçı tutumuna malikdir. Oyunlar əsas meydançadan əlavə, azarkeşlər üçün tribunası olan 3 və digər 13 tribunasız kortlarda baş tutur.

“US Open”in örtüyü

“DecoTurf” uzun müddət Nyu-Yorkdakı idman kompleksi üçün örtüklərin əsas istehsalçısı idi. Lakin 42 ildən sonra təşkilatçılar örtük növünü “Advanced Polymer Technology”dən “Laykold” brendinə dəyişmək qərarına gəliblər. Yeni şirkətlə müqavilə 2025-ci ilə qədərdir.

blank

Sərt örtük sintetik üst təbəqədən ibarətdir, ekoloji cəhətdən təmizdir və istənilən hava şəraitinə uyğun hesab olunur. Bütün oyun üslubları üçün münasib olduğuna görə hər bir tennisçi üçün sevimli sayılır. ATP və WTA-nın himayəsi altında olan turnirlərin təxminən 60%-i belə örtükdə keçirilir.

Püşkə görə cədvəl

Çempionatın püşkatma mərasimi avqustun 24-də baş tutdu və nəticələri maraqlı alındı. İlk növbədə Novak Cokoviçin yenə də müəyyən qədər bəxtinin gətirdiyi qeyd edilməlidir. Bunun da izahı daha güclü tennisçilərin onunla əks tərəfdə qərarlaşmasıdır. Bir sözlə, Novak finala qədər keçilməsi rahat olan tennisçilərlə üzləşməlidir. Sensasiya olmazsa, Novakın titula qədər yolu belə olmalıdır: Müller, Zapata Miralyes, Djer (32), Ojye-Aliassim (15), Sisipas (7), Rune (4), Alkaras (1).

Göründüyü kimi, finala qədər Novakın qarşısını kəsə biləcək ciddi rəqib yoxdur. İlk 3 mərhələdəkiləri ona rəqib saymaq olmaz. Ojye-Aliassim yalnız ümid verməklə məşğuldur. Sisipas Badosa ilə eşq macərası yaşamağa başlayandan güclü tennisçi sinfindən çıxıb. Rune isə gənc olduğu üçün böyük oyunlarda nəyə qadir olduğunu nümayiş etdirə bilmir.

blank

Serbiyalı tennisçinin əsas rəqibi Karlos Alkarasın yoluna diqqət yetirək: Kopfer, Harris, Evans (26), Norri (16), Sinner (6), Medvedev (3), Cokoviç (2). İlk 3 rəqibdən sonra Sinnerin gəlməsi Karlos üçün faciəvi ola bilər. Çünki hazırda turda Alkarasla şəxsi oyunlarda ən yaxşı göstərici məhz italyan tennisçiyə aiddir. Sinner də Alkaras kimi yeni nəslin ən güclülərindən sayılır. Bu səbəbdən onu keçmək asan olmayacaq. Yarımfinalda rəqib Medvedev olmalıdır. Rusiyalı tennisçi bu il sintetik kortlarda ən çox titul qazananlardandır. Daniil ən yaxşı oyunu məhz belə örtükdə göstərir.

Burada başqa bir məqamı da qeyd etməliyik. Cədvəlin bu tərəfində polşalı Hubert Hurkaç da var. Əslində o da Alkarasa rəqib ola bilər. Son 3 həftə ərzində tərəflər iki dəfə qarşılaşıblar. Hər iki oyunda Alkaras onu yalnız tay-breklərlə məğlub edib. Bu gün tennis aləmində Hurkaçdan yaxşı servis yerinə yetirən oyunçu yoxdur.

Təqvim

22-25 avqust: təsnifat turnirinin oyunları;

28 – 29 avqust: kişilər və qadınlar arasında birinci turun oyunları;

30 – 31 avqust: kişi və qadınların tək yarışında ikinci turun oyunları və kişi və qadınların cütlük yarışlarında birinci turun oyunları;

1 – 2 sentyabr: kişi və qadınların tək yarışında üçüncü turun oyunları, kişilərin və qadınların qoşa yarışlarında isə ikinci turun oyunları;

3-4 sentyabr: kişilər və qadınlar arasında təkdə dördüncü turun oyunları, kişilər və qadınların cütlüklərində üçüncü turun oyunları;

5 – 6 sentyabr: 1/4 final; kişilər və qadınlar arasında tək, kişi və qadın cütlüklərində 1/4 final; əlil arabasında kişi və qadınların tək yarışlarında birinci turun oyunları;

7 sentyabr: qadınların tək yarışında 1/2 final, kişilərin qoşa yarışında 1/2 final, kişilər və qadınların əlil arabasında  1/4 final, əlil arabasında kişilər və qadınlar arasında qoşa yarışlarda 1/4 final;

8 sentyabr:  kişilərin tək yarışlarında yarımfinallar, kişilərdə cütlüklərdə final, əlil arabasında yarımfinallar;

9 sentyabr: qadınların tək yarışlarda finalı; kişilər arasında cütlüklərin finalı, kişilər və qadınlar arasında əlil arabasında cütlüklər üzrə final;

10 sentyabr: kişilərin tək yarışlarda finalı; qadın cütlüklərinin finalı; əlil arabasında finallar.

İştirakçılar

Qadınlar və kişilər arasında ABŞ Açıq çempionatının əsas yarışında 128 oyunçu çıxış edəcək. Qoşalarda 64, qarışıq cütlərdə 48 duet var. Turnirdə iştirak bir qayda olaraq, ATP və WTA reytinqlərinə görə nəzərdə tutulur. Eyni zamanda, təşkilatçılar bəzi tennisçilərə “wild card” da verə bilərlər.

Qadınlar arasında turnirin ikiqat çempionu Venus Vilyams, Karolin Voznyaski, Kayla Dey, Fiona Ferro, Storm Hunter, Eşlin Krüqer, Robin Montqomeri və Klervi Nqunue xüsusi dəvət alıblar. Kişilərdən dəvət edilənlər Con İsner, Stiv Conson, Aleks Mişelsen, Benjamin Bonzi, Rinki Hijikata, Lerner Tien, Maykl Mmo və İtan Quindir.

blank

Mükafat fondu

2023-cü il ABŞ Açıq çempionatının mükafat fondu 2022-ci ilə nisbətən 8 faiz artaraq 65 milyon dollar təşkil edib.

Birinci tur – 81,5 min dollar.

İkinci tur – 123 min dollar.

Üçüncü tur – 191 min dollar.

Dördüncü tur – 284 min dollar

1/4 final – 455 min dollar.

1/2 final – 775 min dollar.

Final – 1,5 milyon dollar.

Qalib – 3 milyon dollar.

İştirak edə bilməyən tanınmış tennisçilər

Dünyanın keçmiş 1 nömrəsi Simona Halep ABŞ Açıq çempionatını buraxır. Səbəb isə daha öncə xəbər verdiyimiz kimi, dopinqdir.

Kişilər arasında reytinqin 22-ci raketkasi kanadalı Denis Şapovalov dizindən aldığı zədəyə görə oynamayacaq. Avstraliyalı tennisçi Nik Kyrios əlindən zədə alıb. Xorvatiyalı tennisçi Marin Çiliçin də dizi ilə bağlı problemi var. Argentinalı Xuan Martin del Potro bu turnirlə karyerasını nöqtələmək istəyirdi. Lakin xroniki diz zədəsi səbəbindən o bunu edə bilməyəcək. Xatırladaq ki, tennisçinin karyerasında son oyunu ötən il Buenos-Ayresdə olub. İspaniyalı Pablo Karreno-Busta da ABŞ Açıq çempionatında çıxış etməyəcək. Tennisçi sonuncu dəfə fevral ayında Rotterdamda keçirilən turnirdə iştirak edib. O, dirsəkdən aldığı zədəsini tam sağaltmayıb.

İLQAR AĞAYEV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Dünya futbolu2024-05-02 12:57

Ranqnik “Bayern”dən imtina etdi

blank
Ölkə futbolu2024-05-02 12:40

“Bu qələbə komandaya özünəinam verəcək”

blank
Ölkə futbolu2024-05-02 12:31

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır

blank
Digər idman növləri2024-05-02 12:23

Sensasiyalarla zəngin Madrid turniri

blank
Digər idman növləri2024-05-02 12:04

Avroliqanın rəmzi komandası açıqlandı

blank
Digər idman növləri2024-05-02 11:49

“Fənərbağça”dan mühüm qələbə, “Real” vəsiqəni təmin etdi

blank
Ölkə futbolu2024-05-02 11:37

Bu gün Yüksək Liqada mövsümə yekun vurulur

blank
Digər idman növləri2024-05-02 11:28

Şərqdə ilk yarımfinalçı məlum oldu

blank
Ölkə futbolu2024-05-02 11:19

Avrokubok perspektivləri: klublarımızı yeni formatda nə gözləyir?

blank
Dünya futbolu2024-05-02 11:02

Ronaldo dubl etdi, “Əl Nəsr” finala yüksəldi

blank
Milli komanda2024-05-02 10:45

“Qarabağ”ın nəticələri yığmanın böyük turnirlərə adlaması üçün kifayət deyil”

blank
Dünya futbolu2024-05-02 10:27

“Parma” yenidən A Seriyasında

blank
Ölkə futbolu2024-05-02 09:55

“Qarabağ” ilk “100-lüy”ü tərk etdi

blank
Milli komanda2024-05-02 09:55

Yığmamız reytinqdə yerində qalacaq

blank
Dünya futbolu2024-05-02 09:40

“Borussiya” ÇL-ə vəsiqəni təmin etdi

blank
Milli komanda2024-05-02 09:23

Yığmamız Montoneqroda qalib oldu

blank
Dünya futbolu2024-05-02 09:08

Konfrans Liqası: Bu gün yarımfinalın ilk görüşləri baş tutacaq

blank
Dünya futbolu2024-05-02 08:51

Təbriz klubundan liderlə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 08:34

“Qarabağ” və daha 55 komanda

blank
Dünya futbolu2024-05-02 08:17

Avroliqada yarımfinalın ilk oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-05-02 08:00

Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası

blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm