Milli komanda
Utanc tablosunun memarları
Azərbaycan futbolu tarixinin ən pis dönəmini yaşayır. 10 ildən artıq müddəti boşa verən funksionerlərimiz indi bunun acısını yaşayır. Strategiyasız, plansız fəaliyyət, məmurların səriştəsizliyi üzündən hətta bu idman növünün ölkəmizdəki sabahı da təhlükə altındadı.
Əsas milli komandanın uğursuzluğu öz yerində, aşağı yaş qrupundan olan millilərimiz də məğlubiyyətləri sıralayır. Yeni nəslin yetişdirilməməsi üzündən komandalarda sağlam rəqabət yoxdur, oyun keyfiyyətindən isə ümumiyyətlə, danışmağa dəyməz.
Son 4 gündə ayrı-ayrı milli komandalarımız dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 4 məğlubiyyət alıb. Hər oyunda azı 3 top olmaqla, ümumilikdə 17 top buraxılıb və hamısı qrupunun aşkar autsayderidi.
AFFA prezidenti Rövnəq Abdullayevin, onunla eyni səlahiyyətlərə malik icraçı vitse-prezident Elxan Məmmədovun, milli komandalara əsas cavabdeh şəxs olan vitse-prezident Elşad Nəsirovun bacarığının tablosu olan bu nəticələr utandırıcıdı.
Azərbaycan (U19) – Belçika (U19) 1:5
Azərbaycan – Lüksemburq 1:3
Azərbaycan (U21) – Avstriya (U21) 0:3
Azərbaycan (U19) – İspaniya (U19) 0:6
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar