Dünya futbolu
Valensiya oynaya biləcək
Enner Valensiya bu gün meydana çıxa biləcək. Zədəsini sağaldan oyunçu həlledici qarşılaşmada start heyətində olmağa hazırdır.
Futbolinfo.az xəbər verir ki, Ekvador yığmasının kapitanı ilk iki turdakı qarşılaşmalarda zədələnib oyunu erkən tərk etmişdi. Xüsusilə 2-ci turda meydanı xərəkdə tərk etdiyindən Valensiyanın Seneqala qarşı matçı buraxacağı gözlənilirdi.
Lakin Ekvador millisinin baş məşqçisi Qustavo Alfaro kapitanın həlledici görüşdə meydanda olacağını söyləyib. Ayağı burxulduğu üçün hollandlarla görüşdə sonadək meydanda ola bilməyən Enner artıq hazırdır və start heyətdə yer alacaq.
Bu qarşılaşma Ekvador üçün çox vacibdi. Cənubi amerikalılar uduzmayacağı halda 1/8 finala vəsiqə qazanacaq. 3 qolla mundialın bombardirlərindən olan Enner də tarixi matçda sözünü demək istəyir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?