Dünya futbolu
Van Qal belə oyunu gözləyirmiş: “Komandada gərginlik var”
“Memfis Depayı meydana buraxdıqdan sonra qol vuracağımızı gözləyirdim. Və belə də oldu. O, matçın gedişatını dəyişə bilən futbolçudur” – bu sözləri Niderland millisinin baş məşqçisi Lui van Qal deyib.
DÇ-2022-nin ilk turunda Seneqalla görüşdən sonra təşkil olunan mətbuat konfransında təcrübəli mütəxəssis qələbəni şərh edib: “İlk qolumuzu vuran Kodi Qakpo qələbədə mühüm rol oynadı. Amma çox yaxşı oynamadıq. Son məşqdə bunu qabaqcadan görmüşdüm. Çox yaxşı formada deyilik. Niderland millisi daha yaxşı oynaya bilər. Hiss etdim ki, komandada gərginlik var. Noppertə gəlincə, o, hələ də bizim əsas qapıçımızdır”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub