Ölkə futbolu
Vanhazebruk “Qarabağ”la oyundan əvvəl itkilərdən şikayətləndi
Belçikanın “Gent” komandası Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunundan əvvəl zədəlilərin çoxluğundan əziyyət çəkir.
Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlamasında deyib.
O, Belçika çempionatında “Leuven”i 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra zədəlilərin çoxluğundan şikayət edib:
“Qarabağ”la oyundan öncə çoxlu zədəlilərimiz və formada olmayan oyunçularımız var. Komandamın vəziyyətini bilirəm. Ancaq bu problemlərə görə təslim olmayacağıq. Həm çempionatda, həm də Konfrans Liqasında mübarizəmizi davam etdirmək istəyirik”.
Fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək. Bakıdakı ilk matçda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı