Milli komanda
Vaqif Sadıqov: “Roy Kinin maliyyə tələbi də yüksək idi”
AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında Roy Kinin Azərbaycan millisinin baş məşqçi postuna namizədliyi məsələsi üzərində ciddi müzakirə getməyib.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a milli assosiasiyanın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, səbəb irlandiyalı mütəxəssisin irəli sürdüyü şərtlər olub: “Kinin həm maliyyə tələbi yüksək idi, həm də o, Azərbaycana yalnız yığmanın toplanışından-toplanışınadək gəlmək istəyirdi. Yəni Bakıda qalmaq niyyətində deyildi. Bu səbəbdən onun məsələsi çox da müzakirə olunmadı”.
V.Sadıqov bildirib ki, millinin yeni baş məşqçisi seçimi italiyalı Canni De Byazi ilə yerli mütəxəssis Arif Əsədov arasında aparılıb. İcraiyyə Komitəsi üzvlərindən 8-i De Byazinin, 5-i isə Arif Əsədovun lehinə səs verib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-25 09:04
11 illik “Qarabağ” tilsimi davam etdi