Dünya futbolu
Vaqner Lav B Seriyasında
Bir müddət əvvəl adı “Sabah”la hallanan Vaqner Lavın yeni ünvanı məlum olub. 38 yaşlı hücumçu “Resife” klubu ilə razılaşıb.
Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Lav ilə sözləşmənin müddəti mövsümün sonuna qədərdir.
“Resife” Braziliyanın B Seriyasında mübarizə aparır.
Karyerası ərzində ÇSKA, “Monako”, “Korintians”, “Palmeyras”, “Kayrat”, “Beşiktaş”, “Alanyaspor” kimi klublarda çıxış edən hücumçu Braziliya yığmasında 26 oyunda iştirak edib. Lavın son klubu Danimarka “Midtülland”ı olub. Futbolçunun meneceri ötən ay verdiyi açıqlamada müştərisinin Azərbaycandan təklif aldığını bildirib. Daha sonra Rusiya mətbuatı bu klubun “Sabah” olduğunu yazıb.