Dünya futbolu
Vitor Pereyra “Flamenqo”dan qovuldu
Portuqaliyalı mütəxəssis Vitor Pereyra Braziliyanın “Flamenqo” klubunun baş məşqçi postundan kənarlaşdırılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub.
Pereyra bu ilin yanvarında “Flamenqo”nun baş məşqçisi təyin olunmuşdu. O, bu komandanı cəmi 20 oyuna çıxarıb. Braziliya klubu bu görüşlərdə 10 qələbə qazanıb, 2 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
Vitor Pereyra “Flamenqo”dan öncə Braziliyada “Korintians”ı da çalışdırıb. O, “Fənərbaxça”, “Şanxay”, “1860 Münhen”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu”, “Santa Klara”, “Espinyo” kimi komandalara da rəhbərlik edib.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”