AÇ-2024
Vladimir Petkoviç: “Artıq İtaliya ilə oyunu gözləyirik”
Futbol üzrə İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Uels yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:1 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu matçda qalib gəlmək istəyirdik. Ancaq görüş heç-heçə başa çatdı. Hesabı açsaq da, bunun davamını gətirə, şanslardan istifadə edə bilmədik. Rəqib daha çox riks edirdi. Uels yığması çox keyfiyyətli komandadır. Avropa çempionatında zəif rəqib yoxdur. Növbəti matçlarda daha çox xal qazanmağa çalışmalıyıq. Artıq İtaliyaya qarşı növbəti oyunumuzu gözləyirik. Rəqibdən qorxmamalıyıq. Bu, tamamilə fərqli qarşılaşma olacaq”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?