Dünya futbolu
“Vulverhempton” heyəti yeniləyir
“Vulverhempton” yayda heyətdə ciddi dəyişikliklər edəcək. Klub rəhbərliyi faydasız yaşlı oyunçularla vidalaşmaq, eyni zamanda ciddi təkliflər alan bəzi oyunçuları satıb yeni heyət qurmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, ilk növbədə hücumçularla yollar ayrılacaq. 32 yaşlı Raul Ximenes ağır zədədən sonra özünə gələ bilmir və o mart ayından bəri heyət üzü görmür. Müqaviləsinin bitməsinə daha bir il qalsa da, “Vulverhempton” rəhbərliyi onunla vidalaşmaq niyyətindədir. Dieqo Kosta da onunla birlikdə gedəcək. İspaniya millisinin braziliyalı hücumçusu ilə qısamüddətli alaşma zatən yayda bitir və yenilənməyəcək.
İngiltərə klubu müqaviləsi bitən Adama Traore ve Joao Moutinyonu saxlamaq niyyətində deyil. Yüksək maaş tələb edən cütlük azad agent kimi düşərgəni tərk edəcək. Ruben Neves isə saysız təkliflər üzündən satılacaq. Klub bir illik müqaviləsi qalan oyunçunu məhz indi yola salmaq istəyir. Əks halda, o, gələn yay azad agent kimi başqa kluba getmək şansı qazanacaq. Bu üzdən “Barselona”nın 40 milyon avro ödəmək niyyətində olduğu futbolçunu satmaq ən doğru variantdır (sky_sports_football).
“Vulverhempton” bu oyunçuları klub yetirmələri və alınması planlaşdırılan daha gənc futbolçularla əvəzləyəcək. Baş məşqçi Julen Lopeteqi də klub rəhbərliyinin islahatlarını dəstəkləyir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…